Kokpit.az xatırladır ki, Mercedes komandası Çində növbəti çətin həftəsonunu geridə qoyub. Lyuis Həmilton sprint yarışında ikinci olsa da, yarışda bu nəticəni təkrarlaya bilməyib. Əsas yarışda Corc Rassell 6-cı, Lyuis Həmilton isə 9-cu yeri tutublar. Komanda isə W15-in potensialını hələ də çıxara bilmir və buna görə “gümüşü oxların” heyətindəki hər kəs düşüncəlidir. Sprint yarışından sonra maşınılarda sazlanmalar dəyişdirilsə də, nəticəsi olmayıb. Bundan sonra Mercedes-in mühəndisləri qəbul edirlər ki, vəziyyətin nə yerdə olduğunu anlamayıblar.
Mercedes komandasının rəhbəri Toto Volff: “Bolidi sazlamaq və sürmək çətindir. Buna görə də performansımız qeyri-stabildir. Məncə, sprintdə Lyuis boliddən maksimumu aldı.
Mayami üçün yeniliklər gətirəcəyik və onların necə işləyəcəyi mənə maraqlıdır”.
Şərh əlavə et