Kokpit.az bildirir ki, gənc italiyalı sürücü artıq ikinci mövsümdür ki, ümidləri doğrultmayan Loqan Sarcenti əvəz edə bilər.
Co Savard: “Mercedes hazırda gələn il Lyuis Həmiltonun yerinə Kimi Antonellini gətirməyi dəyərləndirir.
17 yaşlı sürücü bu yaxınlarda Mercedes-in 2021-ci il bolidi W12 ilə Avstriyada ikigünlük test etdi. Onun növbəti həftələrdə W13-ün sükanı arxasına keçməsi planlaşdırılır.
“Gümüşü oxlar” Antonellini Formula 1-ə gətirmək istəyirlər, ancaq qorxurlar ki, bu həmlə italyan üçün tez olar. Buna görə də 2026-cı ildə Mercedes-ə gəlməmişdən əvvəl kiçik komandada yarışdırmaq istəyirlər.
Antonelli hazırda sürücü axtarışında olan Williams komandasına icarəyə verilə bilər. Williams növbəti 18 ay üçün Kimini komandaya gətirə bilər, amma problem var: Kimi super lisenziya almaq üçün hələ kiçikdir. 25 avqustda 18 yaşı tamam olacaq. Ancaq Williams komandası 17 yaşında Formula 1-də debüt etmiş Maks Ferstappeni səbəb göstərərək, FİA-dan güzəşt istəyə bilər. Antonelli tam hazırdırsa, yarışmasına icazə verilməlidir.
Çempionata yüksəlməkdə olan italyan ulduz gəlsə, bu idman üçün böyük qazanc olacaq. FİA-nın müsbət qərarı qərarı gözəl hekayənin başlanğıcı ola bilər. Rədd qərarı isə federasiyaya qarşı mənfi rəyləri artıracaq.
Antonelli super lisenziya alsa, 19 mayda Williams-ın sükanı arxasına keçə bilər. İmola onun debütü üçün ən ideal məkandır.
Loqan Sarcent isə Mayamidə ev yarışında doğma publikasının önünə çıxacaq və sonra idmandan getməli olacaq. Bütün bunlar qəddarca görünə bilər, amma Formula 1 ən yaxşıların yeridir və Loqanın önündə yetəri qədər fürsət var idi. Məncə, Williams ona qarşı ədalətli davrandı. Komanda onun uğurlu olmasını istəyirdi, çünki amerikan sürücünün uğuru bütün komanda üçün müsbət hal idi. Amma bu il xal uğrunda mübarizə aparmaq çətindir”.
Şərh əlavə et