Kokpit.az xatırladır ki, Nyui 2006-cı ildən Red Bull komandasında işləyir və o, Avstriya təmsilçisinə 6 Mühəndislər, 7 Sürücülər Kuboku qazandırıb.
Bu il Kristian Hornerin katibəsi ilə çıxan söz-söhbətləti və Hornerlə münasibətlərinin pisləşməsi Ədrian Nyuini Red Bull-dan soyudub. Buna görə də Nyui müqaviləsi bitmədən komandadan ayrılmaq qərarına gəlib.
Əksəriyyət gözləyir ki, Ədrian Nyui Red Bull-dan ayrıldıqdan sonra Ferrari komandasına transfer olunacaq. Frederik Vassyör komandaya Lyuis Həmiltonu gətirdikdən sonra növbəti bombanı Nyui ilə partlatmaq istəyir. Lakin bu barədə dəqiq bir məlumat yoxdur.
Bu xəbər Maks Ferstappenlə növbəti titula doğru gedən Red Bull-a pis təsir edə bilər. Maks Ferstappenin müqaviləsi 20208-ci ilin sonnda bitsə də, Nyuinin komandadan gedişi gənc niderlanlını yenidən düşünməyə vadar edə bilər. Bəzi iddialara görə Ferstappenin müqaviləsində “Helmut Marko ayrılacağı təqdirdə müavilə ləğvi” bəndi var. Lakin Nyui ilə bağlı belə bəndin olub-olmadığı müəmmalıdır.
Şərh əlavə et