Xəbəri Kokpitdə Oxuyun!

Audi Niko Hülkenberqlə razılaşıb?

Almaniya mətbuatının verdiyi xəbərə görə Sauber komandası 2026-ci il üçün Niko Hülkenberqlə razılığa gəlib. 

Kokpit.az xatırladır ki, Sauber bu il də Niko Hülkenberqi transfer etmək istəmiş, amma keçid alınmamışdı. Lakin iddialara görə tərəflər razılaşıblar və almaniyalı sürücü 2025-ci ildən etibarən Sauber-in (Audi-nin) şərəfini qoruyacaq. Müqavilənin üçillik olduğu deyilir. Artıq tərəflər razılaşıblar və Niko Hülkenberqin müqaviləyə imza atması qalıb. Bu keçidin may ayının sonunda açıqlanacağı gözlənilir.

Ancaq arada başqa problem də var: Haas komandası Hülkenberqlə olan müqaviləni vaxtından əvvəl ləğv etmək istəmir.

Hadisələrin mərkəzində olan Niko Hülkenberq bu barədə belə açıqlama verib: “Dedi-qodulara baş qoşmaq istəmirəm”.

Hamınızın bildiyi kimi Sauber komandası ilin sonunda Ferrari-dən ayrılacaq Karlos Saynsı da transfer etmək istəyir. Əgər Sauber həm Karlosu, həm də Nikonu transfer etsə, hazırda orada yarışa Valtteri Bottas və Quanyu Çjou işsiz qalacaq. Çjounun arxasında Çin kimi böyük bazar dayanıb. Buna görə də gənc sürücü komandaların diqqət mərkəzinə düşə bilər. Bottasın isə 12 illik Formula 1 karyerası, qələbələri və podiumları var. Bu nüans finlandiyalı sürücünü komandalar üçün cəzbedici edir.

Rauf Hacıyev

Şərh əlavə et