Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: HP Ferrari-nin titul sponsoru olub

Ferrari komandası yeni sponsorluq anlaşmasını açıqlayıb. HP şirkəti növbəti illərdə Ferrari-nin titul sponsoru olacaq. 

Kokpit.az bildirir ki, tərəflər bu gün çoxillik müqavilə bağlayıblar. Rəsmi xəbərə görə Mayami Qran Prisindən etibarən komandanın adı Scuderia Ferrari HP olaraq dəyişdiriləcək. Texnologiya üzrə ən böyük şirkətlərdən biri olan HP-nin loqotipləri Mayami Qran Prisindən etibarən Şarl Leklerlə Karlos Saynsın kombinezonlarında və maşınlarında vurulacaq.

Ferrari-nin idarə heyətinin rəhbəri Beneditto Vinya: “Qurucumuz bizə həmişə inkişaf etmək arzusunu aşılayıb. HP də bizimlə eyni dəyərlərə sahibdir. Buna görə də onlar bizim üçün ideal tərəfdaşdır. Tərəfdaşlığımızı başlatmağı və birlikdə yeni fürsətlərə yiyələnməyi səbirsizliklə gözləyirik”.

HP həm də Ferrari komandasını komputerlərlə və başqa texnoloji təchizatlarla təmin edəcək.

Rauf Hacıyev

Şərh əlavə et