Kokpit.az bildirir ki, McLaren komandası builki ilk yeniliyini may ayında gətirməyi planlaşdırırdı. Belə görünür ki, işlər plana uyğun gedir, çünki “narıncılar” 2024-cü ilin ilk yenilik paketini mayın 5-də keçiriləcək Mayami Qran Prisinə gətirəcək.
Andrea Stella: “Nəhayət ki, Mayamidə maşınımız üçün ilk yenilik paketini gətirəcəyik”.
McLaren komandası 2024-cü il mövsümünə yaxşı başlayıb və onlar hazırda ikinci yer uğrunda Ferrari ilə mübarizə aparırlar və Mercedes və Aston Martin kimi rəqibləri geridə qoyub. Lakin Red Bull-a çatmaq üçün mütləq inkişaf lazımdır və Mayamiyə gətiriləcək yeniliklərlə bu yolda ilk addımlar atılacaq. Yeniliklərin hesabına həm maşının saf performansı artacaq, həm də təkərlərin işləmə prinsipi dəyişəcək.
Andrea Stella: “Bu yeniliklərin hesabına təkərlərin yeyilməsini azaltmağa çalışacağıq. Görək yeniliklər bizə necə təsir edəcək. Bəzi rəqiblərimizə yaxınlaşmaq üçün təkər yeyilməsini yaxşılaşdırmaqlıyıq və bunun üçün çoxlu yeniliklər gətirməliyik”.
Şərh əlavə et