Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Ferrari Mayamidə mavi rənglə yarışacaq

Ferrari komandası Mayami Qran Prisi üçün əfsanəvi qırmızı rəngindən imtina edəcək və iki fərqli tonda mavi rəng çaları ilə yarışacaq. 

Kokpit.az bildirir ki, Ferrari komandası Mayamidə mavinin iki çaları – Azzurro LA Plata və Azzuro Dino ilə yarışacaq. Bu dəyişiklik Ferrari ABŞ-dakı avtoidman ruhunu şərəfləndirəcək və istehsalçının amerika bazarındakını 70-ci ildönümünü qeyd edəcək.

Azzuro La Plata mavinin açıq çalarıdır və Argentinanın beynəlxalq yarış rəngidir. Bundan başqa Formula 1 üzrə  ikiqat Dünya Çempionu Alberto Askari bu rəngdə kombinezon və dəbilqə ilə yarışırdı. Bundan başqa 1964-cü ildə Con Sartiz və Kris Emon mavi rəınflə yarışmış, Niki Lauda isə Ferrari-dəki ilk mövsümündə bu rəmgdə kombinezondan istifadə etmişdi.

Azzuro Dino isə nisbətən tünd rəngdir və sonuncu dəfə 1974-cü ildə Kley Reqatzoni bu rəngdə kombinezon geyinmişdi.

Xüsusi rəng çalarının Floridada təqdim olunacağı təsdiqlənib. Bu təqdimat üçün vaxt məlum olmasa da, Mayami Qran Prisi üçün tədbirlər 28 apreldən başlayacaq. Sürücülərin keçid seromoniyasına isə Ferrari-nin pilotları iki mavi 296 GTS ilə çıxacaqlar.

Xatırladaq ki, Ferrari keçən il İtaliya Qran Prisində 24 saatlıq Le Man Marafonunda qalib gəlmiş 499P-yə hörmət əlaməti olaraq sarı rəngıi dizayndan istifadə etmişdi. Bundan başqa 2020-ci ilin Toskana Qran Prisində 1000-ci yarışları şərəfinə bordo rəngli maşınla yarışmışdı.

Qeyd edək ki, Ferrari komandası 1964-cü il mövsümünün son iki yarışında xüsusə ağ-mavi rəng çalarında çıxmışdı.

 

Rauf Hacıyev

Şərh əlavə et