Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Bizim üçün ən çətin yarış idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ferrari-nin Çində tempi yaxşı olmayıb. 

Kokpit.az xatırladır ki, Ferrari mövsümün ilk 4 yarışında podium qazanmışdı, amma Çində Lekler 4-cü, Karlos Sayns isə 5-ci olub.

Karlos Sayns: “Bir az dəlispv yarış idi. Yarışın startında yaşananlar mənim və Leklerin 1-2 yer itirməyimizə səbəb oldu. Sonra Rasselli izləməyə çalışdıq. Onu keçmək istəsək də, pitə girdi. Daha sonra da biz girdik. Hard təkərləri tez taxdıq və onlarla yarışın sonuna qədər getməli oldum. Yenə də beşinci yeri qoruya bildim və bizim üçün maksimum nəticə bu idi. Bu həftəsonu tempimizin zəif olduğunu düşünrəm. Boliddə temp elə də yaxşı deyildi. Yarışda daha güclü olmağı gözləsək də, elə olmadı. Məncə, bu il ən çox problem yaşadığımız tras məhz bura oldu. Sazlanmalarda maksimum iş gördüyümüzü yoxlamalıtıq. Əgər etməmişisə, maşının üzərində işləməliyik, çünki heç də yaxşı deyildik.

Sözün düzü iki pit-stoplu strategiya istəyərdim, amma təhlükəsizlik maşını periyodu uzun çəkdi və mən bir pit-stopla getməli oldum. Bütün yarış ərzində köhnə təkərlərlə getdim. Buna görə də sadəcə finişə çatmağa və yeni təkərlərlə gələn Corc Rassellin məni keçməməsinə kökləndim. Sonda bunu edə bildik. Mövsümə çox yaxşı başladıq və bütün yarışları beşlikdə bitirdik. Lakin Çin yarışı həm mənim, həm də Ferrari üçün ən çətin yarış idi”.

Rauf Hacıyev

Şərh əlavə et