Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Çin yarışına üçüncü yerdən başlasa da, startda ikinci yerə yüksəlib. Daha sonra isə tempi düşüb və finişə ikinci yerdə çata bilib.
Startda hamı eyni səviyyədə olarkən yer qazanmağa və əylənməyə çalışırıq. Lakinmaşınlar təbii vəziyyətlərinə geri qayıdandan sonra yeddinci yerdə finişə çatmaq əsl möcüzədir. Təxmin ediləndən bir az güclüyük, çünki Həmiltonla Piastrinin önündə finişə çatdıq və bu normal hal deyil. Məncə, maşınımız McLaren və Ferrari-dən bir saniyə yavaşdır və biz bu yarışda onlarla mübarizə apara bildik. Buna görə də sevincliyəm.
Sprint yarışına da yaxşı start vermişdim və ikinci yerə yüksəlmişdim. Öz-özümə bir dövrə birinci yerdə gedə bilərəm demişdim. Əsas yarışda Çekonu keçdim və yenidən edərəm deyə düşündüm, amma başqa fürsətim olmadı. Ümid edirəm ki, tezliklə bunu reallaşdıraram.
Yarışda küləyin yönü dəyişdi və ilk dövrələrdə tərs külək əsirdi. Buna görə də ilk iki dövrədə hücum etmək şansımın olacağını bilirdim. Buna görə də çox aqressiv idim. Sonda isə təbii yerimizə qayıtdıq. Eyni şeyləri təkrarlayıram, amma yarışda ən sürətli beşinci komanda olduğumuzu görürük. Rəqiblərimiz şənbə günləri dövrələrini bir araya gətirə bilmirlər. Biz də sıralanma turunda onları qabaqlayırıq. Sonra da bazar günü mübarizə aparırıq. Görək maşını təkmilləşdirə biləcəyik?”
Şərh əlavə et