Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Qələbə dublu əla olardı

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, təhlükəsizlik maşını onun yarışını korlayıb.

Kokpit.az xatırladır ki, meksikalı sürücü Çin yarışına ikinci yerdə başlasa da, startda Fernando Alonsonun arxasına düşüb. Lakin Çeko bir neçə dövrədən sonra yerini geri qaytarıb. Hər kəs Serxionun ikinci olacağını gözləyirdi. Lakin Valtteri Bottasın probleminə görə trasa təhlükəsizlik maşını Peresin xeyrinə olmayıb. Daha əvvəl pit-stop etməmiş Lando Norris və Şarl Lekler pitə gəliblər və Red Bull komandasının sürücünün önündə trasa qayıdıblar. Düzdür, Peres sonradan Lekleri keçsə də, Norrisin tempinə cavab verə bilməyib.

Serxio Peres: “Heyif ki, təhlükəsizlik maşınına görə iki yer itirdik. Bu bizə baha başa gəldi. Bundan başqa yarışın əksər hissəsində Hard təkərlərlə sürdük.
İlk dövrələrdə belə mübarizə aparanda təkərin ömrü dramatik formada azalır, ancaq ən azından podiuma yüksələ bildik. Yenə də qələbə dublu gözəl olardı.

 

Məncə, tempimiz bir az zəif idi. Xüsusən də .medium təkərdə balans problemi yaşadıq. Dünəndən bəri dəyişən çox şey var. Buna görə də dəyişən hava şəraitinə yaxşı cavab verə bilmədiyimizi düşünürəm. Lakin ümumilikdə yaxşı həftəsonu keçirdik. Bugünkü yarışın pis keçməsinin səbələrini anlayırıq”.

Rauf Hacıyev

Şərh əlavə et