Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bunu gözləmirdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Çində gözlədiklərindən sürətli olublar.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Şanxaydakı yarışa 4-cü yerdən başlasa da, fərqli strategiya seçib və təhlükəsizlik maşını zamanı pitə gələrək, yarışı ikinci yerdə bitirib. 

Lando Norris: “Sözün açığı bu nəticəyə təəccübləndim. Buna görə də çox xoşbəxtəm. Bütün komandaya görə sevincliyəm. Buna layiq edilər. Maşında özümü yaxşı hiss edirdim. Çox rahat idim. Təkərlər çox yaxşı nəzarət etdim və bu dünənkindən daha asan idi. Yəni ki, yaxşı gün keçirdik və yaxşı xallar qazandıq. Podiuma yüksəldik.

Sözün açığı Ferrari-nin geridə qalması və Red Bull-a nisbətdə bizim tempimiz çox təəccüblü idi. Evə tez qayıtmağı və podiumda olmamağa hazırlaşırdım. Buna görə də çox xoş sürpriz oldu. Bu isə komandanın çox və yaxşı işlədiyini və bunun qarşılığını aldığını göstərir.

Hətta bu gün mərcə girmişdim ki, Ferrari-dən 35 saniyə geridə qalacağıq və burada yanıldım. Belə yanıldığım üçün sevincliyəm. Hamı üçün çox yaxşı gün oldu”.

Rauf Hacıyev

Şərh əlavə et