Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Gərgin sessiya idi

Red Bull komandasının sürücüsü Serxio Peres düşünür ki, sabah yarışda qələbə uğrunda mübarizə apara bilər.

Kokpit.az xatırladır ki, müksikalı sürücü Çindəki sıralanma turunda komanda yoldaşı Maks Ferstappendən 0.3 saniyə geridə qalaraq, 2-ci olub. Beləliklə, yarışda ilk cərgə Red Bull komandasının sürücülərinə gedib.

Sıralanma turunun birinci sessiyası Serxio Peres üçün üçün çətin keçib. Williams komandasının sürücüsü Aleks Elbon meksikalı sürücünü əngəlləyib və Çeko sürətli dövrəni saxlamalı olub.

Serxio Peres: “Çox gərgin sessiya idi. Az qala birinci sessiyada ələnirdim. Williams-lardan biri məni əngəllədi və dövrəmi dayandırmalı oldum. Daha sonra işlənmiş təkərlərlə yenidən dövrə vurdum və 15-ci yeri tuta bildim. Sıralanma turuna çox pis başlamış oldum. İkinci sessiya bir az asan keçdi. Bolidin balansı daha yaxşı idi və sessiya ərzində yaxşı inkişaf etdik.

Heyif ki, performansım Maksı keçmək üçün bəs eləmədi. Amma ümumilikdə yaxşı nəticə qazandıq, çünki trasın şəraitinə uyğunlaşmaq üçün maşında çox dəyişiklik etmişdik. Ümid edirəm ki, yarışda qarşılığını alarıq.

Əsas sabahkı yarışdır. Orada mübarizə apara və yüksək tempdə gedə bilərik. Bu gün yarış tempində güclü olduğumuzu göstərdik. Buna görə yarışı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et