Xəbəri Kokpitdə Oxuyun!

Quanyu Çjou: Xal üçün mübarizə aparacağıq

Sauber komandasının sürücüsü Quanyu Çjou bildirib ki, sprint yarışında xal qazanmaq şansları var.

Kokpit.az xatırladır ki, Sauber komandası Çindəki sprint sıralanma turunda əla nəticə göstərib. Valtter Bottas 9-cu, doğma publikası önündə ilk dəfə çıxış edən Qunayu Çjou isə 10-cu yerləri tutublar. Sauber komandası beləliklə bu mövsüm sıralanma turunda ilk dəfə son sessiyaya qalıb.

Sessiyadan sonra Quanyu Çjou belə danışıb: “Son sessiyaya qalmaq əla oldu. İlk iki sessiyada əla dövrələr vurduq. Boliddə əla potensial var idi, amma son sessiyada sadəcə bir dövrəmiz var idi. İki maşınla da son sessiyaya qaldığımız üçün sevincliyəm. Azarkeşlər də möhtəşəm idilər. Həftəsonunun qalanı üçün səbirsizlənirəm. Sprint yarışında sadəcə səkkizliyə xal verilir, amma yavaş-yavaş inkişaf edirik. Bu gün onluğa düşdük, yarışda əlimizdən gələni edəcəyik. Yarışda hər şey ola bilər. Xal uğrunda mübarizə aparacağımız bütün maşınlar güclüdürlər, amma bizim də şansımız var. Bunu dəyərləndirmək istəyirik”.

Valtteri Bottas da sessiyadan sonra xoşbəxt idi: “Bu gün komanda üçün əla gün oldu. Hər iki maşın da onluğa düşdü və həftəsonuna əla başladıq. Hava şəraiti çox qarışıq idi və bu da bizim işimizi çətinləşdirir, amma hava şəraitindən asılı olmayaraq mübarizə aparmaq bizə güvən verir.

Çjou və çinli azarkeşlərə görə doğrudan da çox sevinirəm. Öz publikanız önündə son sessiyaya qalmaq əla hadisədir”.

Valtteri Bottas yarış tempi barədə də danışıb: “İlk sessiyadan sonra yarış tempinin necə olması barədə danışmaq çox çətindir, amma hava şəraiti dəyişkən olsa, əlimizdən gələni edəcəyik. İndiyə kimi komanda çox yaxşı işlədi və çinli azarkeşlərin də dəstəyi ilə sprint yarışında xal üçün mübarizə aparmağı və əsas sıralanma turunda da belə gecle olmağı hədəfləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et