Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Sükanda dəyişikliklər etməli oldum

Red Bull komandasının sürücüsü Maks Ferstappen sprint yarışında qazandığı üçün sevinclidir. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Çindəki sprint yarışına dördüncü yerdən başlasa da, yaxşı performans göstərib. O, iki veteran sürücü – Fernando Alonso və Lyuis Həmiltonu keçərək, mövsümün ilk sprint yarışında qalib gəlib. Üçqat Dünya Çempionu finiş xəttini keçərkən ən yaxın rəqibinə 13 saniyə fərq atıb və bu 19 dövrəlik yarışda yetərincə böyük fərqdir.

Maks Ferstappen: “Startda işlənmiş təkərlərim var idi, amma rəqiblərimin əksəriyyətində təkərlər təzə idi. Buna görə də startda templəri dha yaxşı oldu. İlk dövrələrdə daha çox ilişmələri var idi”

Maks Ferstappenin maşınında hibrid sistemi xarab olduğu üçün sükanda bəzi dətişikliklər etməli olub. Niderlandlı sürücü bu barədə belə danışıb: “Yarışda batareyam tamamilə boşaldığı üçün sükanda bəzi sazlanmaları dəyişdirməli oldum. Orada batareyanın özünə gəlməsi üçün iki ya da üç dövrə vurmalı idim. Daha sonra hər şey daha yaxşı işləməyə başladı. Bolidin balansı çox yaxşl idi, amma məncə, hamı ilk dövrədən limitdə sürürdü. Öz-özümə soruşdum ki, görəsən bu 18 dövrə ərzində davam edəcək ya 5-6 dövrədən sonra bitəcək?  Sonra vəziyyət elə olmadı”.

Rauf Hacıyev

Şərh əlavə et