Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Maşın sprintdə inkişaf etdi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sprint yarışının hesabına maşının sazlanmalarını təkmilləşdiriblər.

Kokpit.az xatırladır ki, səhər sprint yarışlarında qalib gələn niderlandlı sürücü bundan təxminən 5 saat sonra əsas yarış üçün poul qazanıb. Üçqat Dünya Çempionu bununla da ardıcıl altıncı poulunu əldə edib.

Maks Ferstappen: “Sprint yarışı bizə maşınla bağlı bir neçə fikir verdi. Məncə, maşın sıralanma turunda daha yaxşı işlədi. Bütün sıralanma turunun gedişatından razıyam. Şərait yaxşı idi və bundan həzz aldım.

Məncə, bir yarışı geri qoyduqdan sonra boş çənlə yenidən geri qayıtmaq və özünüzü rahat hiss etmək vaxtınızı alır. Bundan başqa hər dəfə maşına yeni təkərlər taxırlar. Buna görə də hər döngədə vaxt tapmaq asanlaşır.

Dünən yağış yağdığı üçün əlavə təkər dəstlərimiz var idi. Beləliklə, bir az çox test edə bildik. Məncə, üçüncü sessiyadakı ilk sınaqdan başqa həmişə sürətli idik. Trasın inkişafı az olsa da, problem yaratmadı”.

Rauf Hacıyev

Şərh əlavə et