Xəbəri Kokpitdə Oxuyun!

Fernando Alonso cərimələnib

Aston Martin komandasının sürücüsü Fernando Alonso Çindəki sprint yarışında Karlos Sayns ilə insidentinə görə 10 saniyə zaman cəzası alıb və onun lisenziyasına 3 bal yazılıb.

Kokpit.az xatırladır ki, Karlos Sayns və Fernando Alonso sprint yarışında təkər-təkərə mübarizə aparıblar. Lakin onlar təmas ediblər və bundan sonra Fernando alonsonun təkəri deşilib. İkiqat Dünya Çempionu yarışı xalsız bitirib. Karlos Sayns isə yekunda 5-ci olub. 

Stüardlar yrışdan sonra bu insidenti araşdırıblar və onlar Fernando Alonsonu günahkar görərək, ona 10 saniyə zaman cəzası veriblər. Bundan başqa veteran sürücünün lisenziyasına 3 cəza balı yazılıb. Lakin 42 yaşlı pilot yarışdan çəkildiyi üçün bu cəza ona təsir etməyəcək. Amma Alonso son 1 ildə 6-cı cəza xalını alıb.

Stüardalar bu barədə belə açıqlama veriblər: “Stüardları, sürücüləri və komanda təmsizlçilərini dinləyib, maşınların vəziyyətinə və kamera görüntülərinə baxdıqdan sonra 14 nömrəli sürücünün (Alonso) doqquzuncu döngədə 55 nömrəli sürücü (Sayns) ilə insidetə səbəb olduğunu görürük.

Yekunda 55 nömrəli maşın zədələnib və 14 nömrəli maşının təkəri partlayıb. Qaydalara sadiq qalaraq bu insidentə səbəb olan sürücüyə 10 saniyə cəza verilməlidir”.

Rauf Hacıyev

Şərh əlavə et