Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Dövrəni yarıda saxlamaq istədim

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, ilk sektorda səhv etdikdən sonra sürətli dövrəsini dayandırmaq istəyib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü sprint sıralanmasında üçüncü olmuş və əksəriyyət bunun yağışa olduğunu düşünmüşdü. Lakin veteran sürücü bu gün əsas sıralanma turunda da iki Red Bull-dan sonra üçüncü olub.

Fernando Alonso: “Çekonun nəticəsindən xəbərim yoxdur, amma ilk sektorda birinci və ikinci döngələrdə maşınım sürüşdü və az qala maşının idarəetməsini itirirdim. Sürətli dövrəni saxlamaq istədim, çünki iki döngədə 0.2 saniyə vaxt itirmişdim.

Lakin təslim olmadıq və dövrə ərzində mübarizə apardıq. Məncə, dövrəvi nəticəmiz yaxşı oldu. Sprintdən sonra maşın təkmilləşib.

Bəzi sazlanmalarda dəyişiklik etdik. Görək nəticəyə necə təsir edəcək. Maşını təmiz dəyişə bilməsək də, xırda şeyləri dəyişə bilirik. Bunların bəziləri balans problemlərinə görədir. Bəziləri də sabahkı yarışın proqnozıarı üçündür. Sabah nahardan sonraya qədər necə olacaq bilmirik, amma komandamla qürur duyuram. Təslim olmuruq. Hələ istədiyimiz yerdə olmasaq da, var qüvvəmizlə işləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et