Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Dördüncü yerə layiq idik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yaş trasda demək olar ki, asfaltla ilişmə olmayıb və buna görə dördüncü yerdən razıdır. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Çində də poul üçün real namizəd olsa da, sprint yarışının sıralanma turunun son sessiyasında yağışın başlaması ilə çətin anlar yaşayıb. Üçqat Dünya Çempionu əvvəlcə trasdan çıxıb və sonda dördüncü yeri tuta bilib.

Maks Ferstappen: “Tras çox sürüşkən idi. Təkərləri qızdırmaqda çətinlik çəkdim. Bolidi trasda tutmaq çox çətin idi. Təkərləri doğru aralığa gətirmək çətin oldu. Buna görə də elə bil buz üzərində sürüdüm. Bu səbəbdən dördüncü yerə layiq olduğumuzu düşünürəm, çünki quru havada sürətli görünsək də, yağışda zəiflədik.
Dördüncü yer pis deyil, amma bu trasda daxili trayektoriyadan başlamaq heç də yaxşı deyil. Asfaltdakı boyaya görə sol tərəfdəki ilişmə sağ tərəfə nisbətən azdır. Buna görə də yarışa mümkün qədər yaxşı start vermək lazımdır. Daha sonra sprintdə tək təkər dəsti ilə uzun yol qət edəcəyik. Bu da yarışı daha da maraqlı edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et