Kokpit.az xatırladır ki, britaniyalı sürücü bugünkü sprint sıralanma turunda poul qazanıb. Əslində beş ildən sonra təqvimə qayıdan Şanxayda sprint yarışının sıralanma turu xaotik keçib. İlk iki sessiya quru havada keçsə də, son sessiyanın başlaması ilə birgə yağış da başlayıb.
Bəzi sürücülər trasa çıxmaqda tələssələr də, yağışın başlaması ilə trasdan sürüşüb çıxanlar olub. Buna görə də bəzi sürücülərin dövrəvi nəticələri silinib. Norris əvvəlcə 1.57.940 zaman nəticəsi göstərib. Lakin onun bu dövrəsi silinib. Amma stüardlar bu dövrəni yenidən araşdırdıqdan sonra Landonun nəticəsi yenidən qaytarılıb. Bununla da britaniyalı sürücü sabah sprint yarışına birinci yerdən start verəcək.
Lando Norris: “Hər şeydən əvvəl çox sevincliyəm. Bütün komandaya təşəkkür edirəm. Çətin idi. Belə sessiyadan əvvəl həmişə gərgin olursunuz. Xüsusən də yağış yağacağını bilirsinizsə…
Məncə, həftəsonu rəzində tempimiz çox yaxşı idi. Buna görə də gərgin idim, amma bu şəraitdə risk almalı, var qüvvnizlə sürməli, təkər temperaturunu artırmalısınız. Sürətli idim. Ferrari-yə çatırdım, amma fərqi artırmalı idim. Buna görə də ilk iki dövrəm alınmadı. Son dövrəm isə çox yaxşı idi.Poul almağım üçün bəs etdi və çox xoşbəxtəm. Sıralanma turu xaotik keçsə də, mənim üçün yaxşı oldu.
Təkərləri düzgün aralıqda saxlamalısınız. İlk iki dövrəni buraxmışdım. Buna görə də son dövrəm ya ən yaxşı ya da zay olacaqdı. Lakin tras getdikcə islanırdı. Son iki dövrədə sürmək daha çətin idi. Səhv edəcəyimdən qorxurdum və maşın bir az sürüşdü. Amma əyləncəli idi. Ürəyim sürətlə atırdı. Zirvədə olmağı çox istəyirdik. Sabah üçün yaxşı yerdəyik.
Sprint barədə heç bir fikrim yoxdur. Amma səhər bəzi ev tapşırıqlarımızı etdik. Bəzi şeyləri anlamaq üçün ardıcıl bir neçə dövrə vurduq. Hər şey havadan asılıdır. Sabah da yağış yağma ehtimalı var. Əgər hava belə olsa, şansımız çox yüksəkdir. Yenə də yarış sıralanma turundan fərqlidir. Əminəm ki, sabaha hamı bir-birinə yaxın olacaq. Lakin həm quruda, həm də yağışda tempimiz yaxşıdır. Poul gözlənilməz idi. Çox yaxşı işlədik. Özümü yaxşı hiss edirəm”.
Şərh əlavə et