Kokpit.az xatırladır ki, Mercedes Çində rəqabətədavamlı görünmürdü, amma sprint sıralanmasının son sessiyasında başlayan yağış Lyuis Həmiltonun köməyinə çatıb. Yeddiqat Dünya Çempionu poula yaxın olsa da, Lando Norrisin silinmiş dövrəsinin geri qayıtması ilə ikinciliyə razı olub.
Lyuis Həmilton: “Şərait çox çətin idi. Asfaltla ilişmə hamı üçün çox çətin idi, amma çox xoşbəctəm. Yağıışın yağdığını görəndə sevindim, çünki quru havada yetərincə sürətli deyildik. Yağış başlayanda daha çox fürsətim olacağını düşündüm. Bundan sonra hər şey mənim üçün daha da əyləncəli oldu.
Yarışda hər şey hava şəraitindən asılı olacaq. Əgər hava belə olsa, yuxarı pillələri tuta bilərik.. Əgər hava quru olsa, Red Bull-lar və Ferrari-lər bizi təbii olaraq qabaqlayacaq. Digər sürücüləri bəlkə arxamızda saxlaya bilərik”.
Şərh əlavə et