Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso nəticədən razıdır

Aston Martin komandasının sürücüsü Fernando Alonso Çində göstərdiyi performansdan razıdır.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Şanxayda sprint sıralanma turunda 3-cü olub. İkiqat Dünya Çempionu yaş trasda təcrübəsini göstərib.

Fernando Alonso: “Sözün açığı stressli gün idi. Birinci sessiyada hava proqnozunun radarına baxırdıq. İlk dəqiqədən yağış ehtimalı var idi. Birinci sessiyada bir az inkişaf etdik. Deyəsən ikinci sessiyada da oxşar vəziyyətdə idik. Səkkizinci ya doqquzuncu yerdə gedirdik.  Yəni ki, quru havada çox rəqabətədavamlı deyildik. Daha sonra üçüncü sessiyada yağış yağdı və hər dövrə şərait dəyişirdi.

 

Təkərlər hər dövrə daha da yaxşılaşırdı, amma tras yağışla birlikdə daha da pisləşirdi. Buna görə də risk səviyyəsini müəyyən etmək çətinləşirdi. Yenə də nəticədən çox razıyam.

Yarış barədə hələ fikrim yoxdur. Bunu sabah görəcəyik. Sabah bir sprint yarışı, bazar günü isə əsas yarış olacaq. Yəni ki, daha çox dövrə vuracağıq. Görək sabah çox xal toplayıb sonra sıralanma turunda yaxşı nəticə qazana biləcəyik?”

Rauf Hacıyev

Şərh əlavə et