Kokpit.az xəbər verir ki, bir qayda olaraq, bu cür xəbərlər faktlarla təsdiqlənmir və yalnız müxtəlif mənbələrdən alınan məlumatlara əsaslanır.
Ötən gün alman mətbuatında başqa bir xəbər çıxıb – guya Nyui Ferrari rəhbərliyi ilə danışıqlar aparmaq üçün Maranelloya uçub. Bu nəzəriyyəyə sübut kimi Adrianın İtaliyanın Bolonya hava limanında həqiqətən görünməsi faktı göstərilib.
Lakin reallıq deyilən kimi olmayıb – Nyui həqiqətən də İtaliyaya gedib, lakin Scuderia-ya keçidlə bağlı danışıqlar üçün yox, KR Motorsports-un dəvəti ilə bütün Avropada təşkil olunan tras gününə qatılmaq üçün səfər edib.
Bu dəfə yarışlar Mugello trasında baş tutub və Adrian Nyui də yarışlarda iştirak edib, bunu KR Motorsports saytında dərc olunan fotoşəkillər sübut edir. Yeri gəlmişkən, şəkillərdə də görünür ki, təcrübəli mütəxəssis tədbir çərçivəsində Red Bull-un yarış kostyumu geyinib.
Şərh əlavə et