Kokpit.az bildirir ki, italyan sürücünün növbəti mövsümdə yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu əvəzləməsi gözlənilir. Mercedes son qərarını verməmişdən əvvəl köhnə maşınlarla gənc sürücüyə testlər etdirir.
Bu testlərdən birincisi Red Bull Ring-də keçirilib və iki gün davam edib. Kimi burada Mercedes-in 2021-ci il bolidi W12-nin sükanı arxasına keçib və iki gün ərzində 500 kilometr məsafə qət edib.
Kimi Antonelli: “İnanılmaz təcrübə idi. Gücü və asfaltayatma qüvvəsini hiss etmək əla idi. Hər saniyədən həzz aldım. Doğrudan da əyləncəli idi. Çox işlədikləri üçün bütün komandaya təşəkkür edirəm.
Testdən əvvəl simulyatorda bir az işləmişdik və bəzi nüanslara toxunmuşduq. Bu, bizim üçün faydalı oldu, çünki artıq trasa çıxanda bilirdim ki, komanda mənə nə deyəcək.
Bu iki gündə çox şey öyrəndim. Bu öyrəndiklərim Formula 2-yə qayıdarkən mənə doğrudan da kömək edəcək. Amma işləməli və inkişafa davam etməliyik”.
Şərh əlavə et