Xəbəri Kokpitdə Oxuyun!

Ştayner RB üçün investor tapıb

Haas komandasının keçmiş rəhbəri Günter Ştayner televiziya eksperti kimi müntəzəm olaraq Dünya Çempionatının mərhələlərinə getməyə davam edir, lakin tezliklə Formula 1 komandalarından birinə rəhbərlik edə bilər.

Kokpit.az bildirir ki, Yaponiyanın As-Web nəşri Ştaynerin yaxın ətrafına istinadən maraqlı şayiələr haqqında yazıb. İddialara görə, Günter artıq komandalardan birini almağa və özünü layihə rəhbəri təyin etməyə hazır olan investor tapıb.

Adı açıqlanmayan investorun almağı planlaşdırdığı komanda RB-dir. Bəzi mənbələr hesab edir ki, Red Bull bu yaxınlarda Mühəndislər Kubokunda altıncı yeri tutmaq üçün ikinci komandasına böyük sərmayə qoyub və bununla da dəyərini artırara satmaq istəyir.

Mənbələrin məlumatına görə, Faentsa mərkəzli komandanın satışı bir sıra şərtlərin yeni sahib tərəfindən yerinə yetirilməsi təqdirində mümkün olacaq. Birincisi, o, 2026-cı ildən 2030-cu ilədək Red Bull-Ford güc qurğularının tədarükü üçün müqavilə bağlamalı, həmçinin mühərriklərdən istifadə haqqını ödəməlidir.

İkincisi, 2030-cu ilin sonuna kimi avtomobillərdən birinin sükanı Red Bull gənclər proqramının iştirakçısının ixtiyarına verilməlidir. Üçüncüsü, komanda Red Bull-un aerodinamik borusunda işləməyə davam etməli və ondan istifadə haqqını ödəməlidir.

Elçin Zodorov

Şərh əlavə et