Kokpit.az xatırladır ki, McLaren 2024-cü il mövsümünə yaxşı başlayıb və Avstraliyada podyum qazanın. Onlar hazırda turnir cədvəlində Mercedes-i qabaqlayırlar.
“Narıncılar” yüksək asfaltayatma gücü tələb edən traslarda güclü olsalar da, aşağı sürətli döngələrdə nisbətən zəifdirlər. Bu problem bəzi traslarda McLaren-i geriyə sala bilər. Belə görünür ki, beş ildən sonra təqvimə qayıdan Şanxay trası da McLaren üçün başağrısı olacaq.
5.4 kilometr uzunluğundakı trasda sadəcə sancaq tipli döngələr bol deyil. Bundan başqa trasın ilk sektorunda McLaren rəqiblərinə nisbətən geridə qalacaq.
Andrea Stella: “Mövsümün əvvəlində məni ən çox narahat edən tras Şanxay idi. Çoxlu aşağı sürətli döngə və sancaq tipli döngə var. İkinci və üçüncü döngələrdə çox vaxt keçirirsiniz. Bunu məncə, çox təkrarlamışam: İndiyə qədər aşağı və orta sürətli döngələrdə maşını yetərində təkmilləşdirə bilmədik. Buna görə də Suzuka, Avstrsliya yarışlarına nisbətən çətin yarış gözləyirəm.
Çin bizim üçün zərəri minimuma endirmə yarışı ola bilər. Ümid edirəm ki, Mayamidən etibarən bizim üçün işlər düzələr və daha yaxşı nəticələr qazanarıq”.
Lakin Andrea Stella düşünür ki, Çində mövsümün ilk sprint həftəsonunun keçirilməsi yeni fürsətlərə yol aça bilər, çünki komandaların sprintdən əvvəl yeni asfaltı və trasl tanımaq üçün bir sərbəst yürüşləri olacaq.
Andrea Stella: “Qətiliklə deyə bilərəm ki, çətin yarış olacaq. Unutmayaq ki, Çin təkər yeyilməsinə görə ən aqressiv traslardandır. Bəs təkərlər burada necə dözəcəklər?
Trası əvvəl görəndə başınız ağrıyır. Ancaq rəqabətçi kimi baxanda məncə, bunu düşünməlisiniz: Mükəmməl performans göstərməsəm, amma rəqiblərimdən bir balaca güclü olsam, mənim üçün böyük fürsətlər yaranar”.
Şərh əlavə et