Kokpit.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ferrari builki ilk böyük yeniliyi öz vətənindəki İmolaya gətirəcək. Bəzi iddialara görə bu yeniliklər Red Bull komandasının dizaynından ilhamlanaraq yığılıb. İtaliya mətbuatının xəbərinə görə SF-24-də saydpodun hava girişi Red Bull-dakı kimi olacaq.
Boliddəki dəyişikliklər bununla bitmir. Komandanın gətirəcəyi yeniliklər daha çox dəyişiklik vəd edir. Resursun dediyinə görə Ferrari bu dəyişikliklərlə gözləniləndən daha böyük addım atmağı hədəfləyir. Buna görə də İmola mövsümün ilk vacib paketi olacaq və bundan sonra daha iki böyük yenilik paketi gözlənilir.
Komanda əmindir ki, bu yeniliklər işləyəcək və bunların hesabına builki əsas rəqibləri olan Red Bull komandasında yaxınlaşacaqlar. Xəbərdə yeniliklərin bəzilərinin Mayamiyə gətirələcəyi isə təkzib edilib. Yeniliklərin əsas məqsədi isə maşının sazlanma çeşidini və asfatayatma qüvvəsini artırmaqdır. İddialara görə bütün bunların hesabına Ferrari 0.2 saniyə vaxt qazanacaq.
Şərh əlavə et