Bununla belə, qeyd etmək lazımdır ki, Williams komandasının fikrincə, həmin 2016-cı ildə Bakıda keçirilən Avropa Qran Prisi öncəsi sərbəst məşqlərdə Bottas daha yüksək sürətə çatmışdı: 378 km/saat. Eyni zamanda, Formula 1 bolidi üçün yarışdan kənar sürət rekordu 397,36 km/saat təşkil edir ki, bu da Alan van der Merve tərəfindən 2006-cı ildə Bonnevil gölü yaxınlığında Honda avtomobilinin xüsusi versiyasını idarə edərkən əldə edilib.
Kokpit.az xatırladır ki, Bugatti Bolide ilk dəfə 2020-ci ildə təqdim edilib. Bu, 1600 at gücü hasil edən əfsanəvi 8 litrlik W16 mühərriki ilə brendin sonuncu avtomobillərindən biri olacaq. Eyni zamanda, Bolide sınaq prototipində elektrik motor daha da inkişaf edərək 1852 at gücünə çatıb. Bundan əlavə, Brembo-nun xüsusi olaraq Bugatti Bolide üçün dünyanın ən böyük karbon əyləclərini yaratdığı məlumdur.
Şərh əlavə et