Kokpit.az xatırladır ki, Alonso 2015-2017-ci illərdə McLaren-də çıxış edərkən Honda motorlarından istifadə etmiş və ispaniyalı sürücü o vaxt zəif təsir bağışlayan yapon motor istehsalçısına sərt sözlər söyləmişdi. Buna görə də tərəflər arasında gərginlik var idi.
Lakin illər keçdikcə bu gərginlik azaldı və Alonsonun Aston Martin-də qalması ilə Honda 2026-cı ildə yenidən Honda ilə işləyəcək.
Fernando Alonso: “Honda həm Formula 1-də, həm də Formula 1-dən kənarda çox uğurlu istehsalçı olub. Onlara həmişə hörmət etmişəm. McLaren-də olarkən idmana yeni qayıtmışdılar və uğursuzluqlar yaşadılar. Lakin sonradan problemləri həll etdilər və hazırda idmanda hegemonluq edirlər. Son iki ildə Dünya Çempionu oldular. Buna görə də 2026-cı ildə güclü bünövrələrinin olacağını düşünürəm. Lakin Sakurada doğrudan da gözəl istehsalat potensialları var. Oranı 2014-2016-cı illərdə ziyarət etmişdim. Son illərdə ora getməsəm də, onların motivasiya ilə işlədiklərini bilirəm. 2026-cı ildə sintetik yanacaqları sınamaq üçün səbirsizlənirəm.
Daha əvvəl dediyim kimi Aramco ilə yaxşı tərəfdaşlığımız var. Yəni bu əsl qalib-qalib vəziyyətidir. Hamınız bilirsiniz ki, mən yapon mədəniyyətinə hörmət edirəm. Yaponiyadan yeni qayıtmışıq və xüsusi yarış idi. Orada yarışanda həmişə xüsusi dəbilqədən istifadə edirəm. Belimdə də Samuray döyməsi var. Yəni ki, Yaponiyanı həmişə xoşlamışam. 2026-cı il mənim üçün cəzbedici görünür. Formula 1 və İndiCar-da yaşadığımız təcrübədən sonra yenidən bir yerdə işləmək fürsətimiz var. Bu mənim üçün əsl zövqdür”.
Fernando Alonso gələcəyinin məlum olmasına görə sevinclidir: “Çin gözəl olacaq. Mətbuat konfransında artıq belə suallarla qarşılaşmayacağam. Əlbəttə, dedi-qodular çox idi, amma həmişə bu söhbətlərdən uzaq qalmağa çalışırdım. Vaxtı gələndə qərar verəcəkdim və tələsməyəcəkdim.
Rəqibləri dəyərləndirmək üçün gözləmək planım olmadı. Pis və ya yaxşı öz qərarımı verməyə çalışdım. Özüm üçün ən yaxşısını seçdim. Üç ya da dörd yarışdan sonra yarışmağa davam etməyə qərar verdim. Həyatımın bir neçə ilini fəda etməyə hazıram. Hazırda səyahətə davam edə bilərəm. Özümü formada və fiziki cəhətdən zirvədə, motivasiyalı hiss edirəm. Bu qərarı verəndən sonra Aston Martin-lə müqavilə bağlamaq asan oldu. Dedi-qodulara baxmadan öz işimizi gördük”.
Fernando Alonso başqa komandalarla da danışıqlar apardığını desə də, ad çəkməyib: “Bəli, danışıqlar oldu, amma bu barədə danışmayacağam, çünki artıq vacib deyil. Hazırda Aston Martin-lə işləyirəm.
Bunlar normal müzakirələrdir. Komandalar da sürücü axtaranda eyni şeyi edirlər. Hamı ilə danışıqlar aparırlar. Mənim üçün də eynisi oldu, amma dəqiq hədəfim yox idi. İlk seçimin Aston Martin idi
45 ya da daha çox yaşım olsa da, yarışmağa davam edəcəyəm. Əgər bir gün görsəm ki, motibasiyam yoxdur, sürətli deyiləm və vəziyyətim yaxşı deyil… o zaman Aston Martin-ə tempimin olmadığını və həll yolu tapmalı olduğumuzu ilk mən deyərəm. Lakin bunun yaxın bir neçə ildə baş verəcəyini zənn etmirəm”.
Şərh əlavə et