Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Fernando Alonso Aston Martin-lə müqaviləni uzadıb

Aston Martin komandası Fernando Alonso ilə çoxillik müqavilə bağlayıb.

Kokpit.az bildirir ki, Britaniya təmsilçisi bu gün nahardan sonra ikiqat Dünya Çempionunun gələcəyi ilə bağlı söz-söhbətlərə son verib və onunla çoxillik müqavilə imzalayıb.

Beləliklə Fernando Alonso yeni müqaviləyə görə ən az 2026-cı ilin sonuna qədər yarışacaq və müqavilədə birillik opsiyon da var.

Qeyd edək ki, ispaniyalı sürücünün müqaviləsi ilin sonunda bitirdi və iddialara görə o, ya Mercedes-ə ya da Red Bull-a keçəcəkdi. Hətta bəziləri onun idmandan gedəyini də düşünürdülər. Lakin 42 yaşlı pilot hazırkı komandası Aston Martin-də qalmağa qərar verib.

Aston Martin komandasının rəhbəri Mayk Krak: “Fernando Alonsonun Aston Martin-dəki gələcəyini təmin etmək gözəl xəbərdir. Son 18 ayda onunla güclü iş münasibəti qurduq və layihənin uğuru üçün hər ikimiz də çox qərarlıyıq.

Son bir neçə ayda davamlı danışıqlar aparırdıq və Fernando Alonso sözünü tutdu: Yarışmaq istədiyinə qərar verəndən sonra birinci bizimlə danışdı. O bizə inandığını göstərdi və biz də ona inanırıq.

Fernando uğura acdır. Həmişəkindən yaxşı sürür və həmişəkindən daha formadadır. O, hazırda Aston Martin-i rəqabətədavamlı komanda etmək üçün fokuslanıbdır.

Fernando ilə bağladığımız çoxillik müqavilədən sonra o, Honda güc qurğusu ilə işləməyə başlayacağımız 2026-cı ildə də bizimlə olacaq. Birlikdə inanılmaz anlar yaşamaq və daha yaxşı nəticələr qazanmaq üçün səbirsizlənirik”.

Rauf Hacıyev

Şərh əlavə et