Kokpit.az xatırldır ki, Lyuis Həmilton ilin sonunda Mercedes komandasından ayrılacaq və “gümüşü oxlar” onun yerinə sürücü axtarır.
Son dövrlərdə Sebastyan Fettelin də adı Mercedes-lə hallanır və hazırda Araqonda Porsche-nin hiperkarını test edən dördqat Dünya Çempionu Formula 1-ə qayıtmaq ehtimalının olduğunu və komanda rəhbərləri ilə danışıqlar apardığını deyib. Mercedes komandasının rəhbəri Toto Volff da Sebastyan Fettel ehtimalını rədd etməyib.
Lakin Bild nəşrinin xəbərinə görə Mercedes-in siyahısında 3 sürücü var və onların arasında Sebastyan Fettel yoxdur. Üçnəfərlik siyahıya isə son üç ilin Dünya Çempionu Maks Ferstappen başçılıq edir. Niderlandlı sürücünün Red Bull-la 2028-ci ilin sonuna qədər müqaviləsi olsa da, onun Red Bull-dan ayrılma ehtimalı var.
Siyahidakı digər namizədlər isə Mercedes Sürücü Akademiyasında yetişmiş 17 yaşlı Kimi Antonelli və hazırda peletonun ən yaşlı sürücüsü olan Fernando Alonsodur.
Gələn il boşda qalacaq sürücülərdən biri isə Karlos Saynsdır. Lakin ispaniyalı sürücü gələcəyi ilə bağlı qərarı tezliklə vermək istəyir və buna görə də onun Audi-yə keçəcəyi ehtimal edilir.
Şərh əlavə et