Xəbəri Kokpitdə Oxuyun!

Aktiv aerodinamika ləğv edilə bilər

2026-cı il mövsümünün yeni reqlamentində aktiv aerodinamikaya böyük rol verilir, lakin tez-tez olduğu kimi, gözləntilər hələ reallıqla üst-üstə düşmür.

Kokpit.az-ın əldə etdiyi məlumata görə, yeni qaydaların hazırlanmasında iştirak edən köhnə məktəb mühəndisləri onları yazarkən artıq səhvlərə yol veriblər, buna görə də, indi 2026-cı il üçün qaydalarla bağlı şübhələr yaranıb.

Hələlik bu tənzimləmə yalnız simulyatorda sınaqdan keçirilə bilər, lakin simulyasiya nəticələri optimizmi ruhlandırmır. FIA nəticə çıxarmaq üçün öz mütəxəssislərini müxtəlif komandalara göndərib.

Mənbələrin sözlərinə görə, aşağı sürtünmə konfiqurasiyasında və tam mühərrik gücündə olan avtomobilin idarəsi mümkünsüz olub. Maşınlar yerində fırlanır, arxası adi düzlükdə yan tərəfə dartılıb. Buna aerodinamik tarazlığın DRS-in mövcud təsirindən üç dəfə çox olduğu təxmin edilən yerdəyişmə səbəb olub.

Belə şəraitdə yerində fırlanmanın qarşısını ancaq mümkün qədər ehtiyatlı sürməklə almaq olar. Bu halda da sürücülər dövrələri bugünkü Formula 2-dən daha yavaş tamamlayacaqlar ki, bu da Formula 1 üçün heç də uyğun deyil.

FIA vəziyyətin ciddiliyini dərk edib və uzunmüddətli problemlərin yaranmasının qarşısını almaq üçün komandalarla dialoq aparır…

Elçin Zodorov

Şərh əlavə et