Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Son bir ildəki ən qüsursuz yarışımdır

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Yaponiyada keçən ilin aprel ayından sonra ilk dəfə belə qüsursuz həftəsonu keçirib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü həftəsonu ərzində Suzukada stabil performans göstərib. O, yarışa beşinci yerdə başlasa da, finişə altıncı yerdə çatıb.

Fernando Alonso yarışdan sonra performansından razı qalıb, ancaq bildirib ki, performans cəhətdən hələ inkişaf etməlidirlər: “Məncə, 2024-cü ildəki ən yaxşı həftəsonum idi. Özümlə qürur duyuram. Bunun ən yaxşı yarış olub-olmadığını demək çətindir, amma məncə ən azından son bir ildəki ən yaxşı yarışım idi. Keçən ilin aprel ya da may ayından bəri belə qüsursuz həftəsonu keçirirdim.

Məncə, hazırda ən sürətli beşinci komandayıq. Amma bizi Ferrari, McLaren, Red bull və Mercedes=lə müqayisə etmək düzgün olmaz. Buna görə də altıncı olmaq bizim üçün yaxşı nəticəsir. Yarışlarda performansımız çox yaxşıdır. Avstraliya və Səudiyyə Ərəbistanında da elə idi. Ancaq yenə də tempimizi yaxşılaşdırmalıyıq. Bu ilk paket mövsüm ərzində gətirəcəklərimizin təməlidir. Yəni ki, çox şeyi təhlil etməliyik. Lakin dediyim kimi bazar günləri çox yaxşı performans göstəririrk və çox yaxşı xallar qazanırıq.

Yarışda pit-stoplar da yaxşı idi. Əslində ikinci pit-stopda yaşıl işığı görəndə öz-özümə dedim ki, deyəsən dörd təkəri də dəyişmədilər, çünki indiyə kimi ən sürətli pit-stopumuz idi.

Yarışın sonlarında altıncı yer uğrunda 3 sürücü – Alonso, Piastri və Rassell – mübarizə aparırdılar. Lakin Alonso Rassellin Piastrini keçməsinin qarşısını almaq üçün avstraliyalı sürücünü DRS bölgəsində saxladı. Bununla da altıncı yerini qoruya bildi.

İkiqat Dünya Çempionu bu barədə belə danışıb: “Sözün açığı, Avstraliyadan sonra nə deyim bilmirəm. Görək çempionatın qalan yarışlarında da cəza alacağam?

Piastrinin arxada olması hesabına özümü Corc Rasselldən qoruya bildim. Buna görə də Oskara DRS vermək üçün əlimdən gələni etdim. Deyəsən keçən il də Karlos Sinqapurda belə etmişdi. Yəni ki, bu normal yarış hadisəsidir”.

Rauf Hacıyev

Şərh əlavə et