Kokpit.az xatırladır ki, yarışın ilk startından sonra Aleks elbonla daniel Rikkardo təmas yaşayaraq qəza edib. Bundan sonra qırmızı bayraq çıxıb. Lakin qırmızı bayraqdan sonra olan startda da Serxio Peres komanda yoldaşı Ferstappeni keçə bilməyib. Yarışın sonunda isə iki sürücü ilk iki yeri tutaraq, komandalarına maksimum xal qazandırıblar.
Serxio Peres: “Komanda üçün yaxşı həftəsonu idi. Qırmızı bayraqdan sonrakı restarta qədər uzun müddət köklənərək gözləmək çox çətindir. Mən bunu bacardım və ikinci startım daha yaxşı idi. Yenə də Maksı keçmək üçün bəs eləmədi. Məncə, bunun cəzasını ödədim, çünki ilk hissədə balansım bir az pozuldu. Daha sonr apitə girməli olduq və Lando Norris erkan pit-stopla məni qabaqladı. Yarışın orta hissəsində var qüvvəmlə sürməli oldum. Ancaq sonra rahatladım və tempim geri qayıtdı. Amma ilk hissədə maşının balansı pozulmuşdu.
Yaxşı temp tutduq. Xatırlayırsınızsa, keçən il bura bərbad həftəsonu keçirmişdim. Məncə, buradakı kimi yüksək və ortasürətli döngələrdə güclü olsaq, başqa traslarda da güclü olarıq”.
Şərh əlavə et