Kokpit.az xatırladır ki, Li Stivenson 18 ildir işlədiyi Red Bull-u tərk edib. Britaniyalı mexanik karyerasına 2000-ci ildə Jordan komandasında başlayıb. 2006-cı ildə isə Red Bull-a transfer olub. Baş mexanik artıq pit yolunun digər tərəfində işləyəcəyini deyib və hamının ağlına Sauber komandası gəlib.
Li Stivenson açıqlamasında belə demişdi: “Bu gün Red Bull-dakı son günümdür. Burada inanılmaz 18 ili geridə qoydum. Bu vaxt ərzində komanda ilə möhtəşəm uğurlar qazandıq. Bütün komandaya təşəkkür etmək istəyirəm, çünki bura 2006-cı ildə gələndə poul, yarış və çempionluq qazanacağımızı düşünməmişdim, amma hamısını bacardıq.
İndi isə yeni bir səhifə açılır və bazar ertəsi Yaponiyaya uçaraq pit yolunun digər ucundakı komanda ilə işləməyə başlayacağam. Önümdə böyük mübarizə olsa da, buna hazıram”.
Maks Ferstappen isə Stivenson barədə bunları deyib: “2020-ci ilin sonunda onsuz da fərqli rola keçmişdi. Əvvəlcə bir ya da iki il bazada işlədi. Bundan sonra başqa mexaniklə birlikdə baş mexanik kimi işlədi. Keçən ilin sonunda ayrılacağını bilirdim və komandanın da heç bir problemi yox idi. Mənim üçün dəyişən heç nə yoxdur. Düzdür, hər şeyin olduğu kimi qalmasını istəyərəm, amma biri ayrılmaq istəyirsə, onu saxlamaq olmaz”.
Şərh əlavə et