Kokpit.az xatırladır ki, Maks Ferstappen Yaponiyada Red Bull komandasının 99-cu, özünün isə 36-cı poulunu qazanıb. O, komanda yoldaşı Serxio Peresi 0.066 saniyə qabaqlayıb.
Maks Ferstappen: “Sonlara doğru nəticələr yaxın idi. Ümumilikdə bu tras təkərlərə qarşı çox həssasdır. Asfalt aqressivdri və limitlərdə sürmək istəyəndə bu çox vaxt işə yaramır. Lakin poulda olmaq çox vacibdir. Əlbəttə, hər dövrənizin mükəmməl olmasını istəyərsiniz, amma belə traslarda bu həmişə mümkün olmur.
Ümumilikdə yaxşı gün keçirdik. Sabah üçün əla yerdən başlasaq da, əsas yarış sabahdır. Komanda olaraq ilk iki yeri tutmaq əladır. Ümid edirəm ki, bunu sabah da davam etdirərik”.
Şərh əlavə et