Kokpit.az xatırladır ki, britaniyalı sürücü Avstraliya Qran Prisində motorun dayanmasına görə mübarizədən çəkilmişdi. “Gümüşü oxlar” güc qurğusunu təhlil etmək üçün bazaya aparıblar. Əvvəlcə ətraflı açıqlama verilmədi, çünki komanda güc qurğusunun taleyindən hələ xəbərdar deyildi. Ancaq Yaponiya Qran Prisindən əvvəl Mercedes problemin çox böyük olduğunu anlayıb və bu da o deməkdir ki, motor təkrar istifadə edilməyəcək.
Mercedes problemin keyfiyyət prosesindən qaynaqlandığını və dizaynda problem olmadığını açıqlayıb. Olan isə Həmiltona olub. O, hələ mövsümün üçüncü yarışında 4 motordan birini itirib. Bu isə o deməkdir ki, 23 yarışlıq təqvimdə Həmilton əlavə güc qurğusu götürərək, yarış startlarında yer itirə bilər.
Lakin Mercedes-in fanatlarına yaxşı xəbəri də var – Bu problem bir dəfə olacaq və mövsümün qalan yarışlarında təkrarlanmaq riski yoxdur.
Bundan başqa Red Bull komandası Avstraliyada birinci sərbəst yürüşlərdə Maks Ferstappenin motorunu dəyişdirmişdi. Britaniya mətbuatının verdiyi xəbərə görə komanda bu motoru yenidən istifadə edə bilər.
Şərh əlavə et