Kokpit.az xəbər verir ki, Williams dünənki qəzadan sonra Loqan Sarcentin avtomobilini aerodinamik kuzov dəstinin müxtəlif versiyaları ilə- ehtiyatda qalan hissələrini quraşdıraraq bərpa edib. Sessiya sakir keçib. Kevin Maqnussen təkərlərini bloklayıb və baryerlə təmasdan qaçaraq yerində fırlanıb. Rikkardo 2-ci döngədən çıxaraq çınqıllığa düşüb.
Sessiyanın sonunda hər kəs Soft təkərlərlə qısa dövrələr seriyasına başlayıb ki, bu da nəticələrə təsir edib. Bununla da sürücülər günün əsas sessiyasına – sıralanma turuna hazırlaşıblar. Maks Ferstappen dövrəni 1:29,563 ilə tamamlayaraq ən yaxşı nəticəni göstərib.
Bizi çox maraqlı sıralanma turu gözləyir…
Şərh əlavə et