Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen liderliyə qayıdıb

Cümə günü ikinci seansda yağış səbəbindən komandalar tam gücləri ilə işləyə bilmədilər, çətin Suzuka trasında şənbə günü məşq xüsusilə vacib idi.

Kokpit.az xəbər verir ki, Williams dünənki qəzadan sonra Loqan Sarcentin avtomobilini aerodinamik kuzov dəstinin müxtəlif versiyaları ilə- ehtiyatda qalan hissələrini quraşdıraraq bərpa edib. Sessiya sakir keçib. Kevin Maqnussen təkərlərini bloklayıb və baryerlə təmasdan qaçaraq yerində fırlanıb. Rikkardo 2-ci döngədən çıxaraq çınqıllığa düşüb.

Sessiyanın sonunda hər kəs Soft təkərlərlə qısa dövrələr seriyasına başlayıb ki, bu da nəticələrə təsir edib. Bununla da sürücülər günün əsas sessiyasına – sıralanma turuna hazırlaşıblar. Maks Ferstappen dövrəni 1:29,563 ilə tamamlayaraq ən yaxşı nəticəni göstərib.

Bizi çox maraqlı sıralanma turu gözləyir…

Elçin Zodorov

Şərh əlavə et