Xəbəri Kokpitdə Oxuyun!

C.Krak təkzib edib: Nyuini istəmirik

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, onlar Ədrian Nyuiyə heç bir təklif göndərməyiblər.

Kokpit.az xatırladır ki, Ədrian Nyui hazırda aerodinamikanın atası sayılır və hər komanda onu heyətində görmək istəyir. Hətta ona təkliflər göndərən komandalar var.

Britaniya mətbuatı isə xəbər vermişdi ki, Aston Martin komandasının rəhbəri Lourens Stroll gələn il üçün Ədrian Nyuini transfer etmək istəyir. İddialara görə bu təklif 4 il üçün 100 milyon dollar dəyərində idi.

Ancaq Yaponiyada jurnalistlərin suallarını cavablandıran Mayk Krak bütün bu xəbərləri təkzib edib: “Xeyr. Ona təklif göndərməmişik. Den, Tom və Luka Furbarto ilə güclü texniki heyətimiz var. Tezliklə Bob Bell də bizə qoşulacaq. Yəni hazırkı vəziyyətimizdən razıyıq”.

Mayk Krak digər komandaları kopiyalama barədə belə danışıb: “Məncə, reqlament belə olanda və uzun illər ərzində stabil formada davam edəndə maşınların dizaynları bir-birinə yaxınlaşır. Bunu hazırda bütün komandalarda görürük. Hamısı oxşar dizayndadırlar”.

Rauf Hacıyev

Şərh əlavə et