Xəbəri Kokpitdə Oxuyun!

Piastri liderliyi ələ alıb

Suzukada sərin və gözəl yaz havasıvar. Sakura ağacları da tras ətrafında gözəl mənzərə yaradır.

Kokpit.az bildirir ki, sessiyalar arasında yağış yağıb, lakin ikinci məşqlərin startına qədər dayanıb. İlk məşqdə qəza etmiş Sarcentin maşınını bərpa etmək mümkün olmayıb və o, ikinci məşqləri buraxmalı olub. Komandanın ehtiyat hissələri yoxdur və risk almaq istəmirlər.

Sürücülər startdan yalnız 15 dəqiqə sonra trasa çıxıblar. İlk addım Həmiltondan gəlib. Britaniyalı sürücü sliklərlə çıxsa da, dərhal geri qayıtmaq qərarını alıb. Daniel Rikkardo ilk məşqlərdə yerini gənc İvasaya verib, bu dəfə isə trasın qurumasını gözləməli olub.

Quru təkərləri ilə işləmək yalnız son dəqiqələrdə mümkün olub. Bundan da cəmi 10 sürücü yararlana bilib. O dövrələr arasında ən yaxşısı 1:34.725 ilə Oskar Piastrininki olub.

Beləliklə, günün tras üzərindəki proqramı yekunlaşıb. Məşqlər sabah davam edəcək.

Elçin Zodorov

Şərh əlavə et