Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Suzukada yaxşı başlayıb

Yaponiyada əvvəllər heç vaxt ilin bu qədər erkən dövründə yarış baş tutmayıb – beləliklə, Suzuka 6 aylıq fasilə ilə iki yarışa ev sahibliyi edir.

Kokpit.az xəbər verir ki, RB komandası heyətini “yaponlaşıb” – Daniel Rikkardonun maşını Ayuma İvasaya tapşırılıb. Lakin gənc sürücü mexaniklər maşının üzərində işlədikləri üçün 15 dəqiqə gec boksu tərk edə bilib.

Sürücülər əvvəlcə Hard və Medium təkərlərlə başlayıblar və aerodinamik yenilikləri test ediblər. Daha sonra isə Soft təkərlərə keçiblər. Yarım saatın yekununda sessiya Sarcentin qəzasına görə qırmızı bayraqlarla dayandırılıb. Zərbə güclü olub, marşallar maşının qırıntılarını paketlərə toplamalı olublar. Williams-ın ehtiyat şassisi və bir çox hissəsi yoxdur. Artıq ikinci həftəsonudur ki, komandanın sürücüləri ağır qəza ilə yadda qalırlar.

Fasilə 12 dəqiqə davam edib. Sürücülər sıxlıqdan şikayətləniblər. Ən sürətli dövrəni Maks Ferstappen vurub – 1:30.056. Bu nəticə 6 ay əvvəlki analoji sessiyadakından daha sürətlidir.

Məşqlər bu gün davam edəcək.x

Elçin Zodorov

Şərh əlavə et