Kokpit.az bildirir ki, “yaşıllar” bu il inkişafda keçən ilə nisbətən fərqli strategiya seçib. Belə ki, Britaniya təmsilçisi keçən il ilk yeniliyini Kanadada gətirmişdi, amma bu il yeniliklər mövsümün dördüncü yarışı Yaponiyaya gətiriləcək.
Komandanın texniki direktoru Den Fellovs bu il inkişaf strategiyasını dəyişdirib və maşının yarışdan yarışa inkişafına qərar verib. Silverstoun mərkəzli komanda Yaponiya Qran Prisi üçün önəmli dəyişikliklər edəcək. İddialara görə komanda Suzukaya tamamilə yeni altlıq və fərqli şassi ilə gələcək.
Qeyd edək ki, Aston Martin AMR24 bu il sıralanma turunda pis olmasa da, yarış tempində zəifdir. Lakin aerodinamik boruda görülən işlərlə komandanın inkişaf etməsi gözlənilir.
Qeyd edək ki, Aston Martin komandası Mühəndislər Kubokunda hazırda beşinci yerdədir və onların hədəfi qalan yarışlarda daha çox xal qazanmaqdır.
Beləliklə, beşlikdəki komandalardan ilk böyük yeniliyi gətirən Aston Martin olacaq. Bəs bu işə yarayacaq? Bunu həftəsonu biləcəyik. Məqsəd iki maşınlada yaxşı xallar qazanmaqdır.
Şərh əlavə et