Kokpit.az xəbər verir ki, Federasiyanın himayəsi altında keçirilən müxtəlif çempionatların qaliblərini Ruandanın paytaxtı Kiqali şəhəri qəbul edəcək.
Federasiyanın açıqlamasında deyilir: “Qarşıdan gələn mükafatlandırma mərasimi çox əhəmiyyətli tədbir olacaq, çünki tarixdə ilk dəfə Afrika qitəsində keçiriləcək. 13 dekabr 2024-cü il tarixini yadda saxlayın və Ruandanın Kiqali şəhərində bizə qoşulun”.
Xatırladaq ki, 2023-cü ilin avtoidman nəticələrinə yekun vuran tədbir Bakıda baş tutmuşdu.
Şərh əlavə et