Kokpit.az xatırladır ki, niderlandlı sürücü mövsümün ilk iki yarışında qələbə qazandıqdan sonra Avstraliyada əyləc problemi yaşamış və mübarizəni dayandırmışdı.
Maks Ferstappen: “Komanda Suzuka yarışını inamla gözləyir. Burada yarışmaq həmişə maraqlı olub. Keçən il burada Mühəndislər Kubokunu, 2022-ci ildə isə ikinci titulumu bu əfsanəvi trasda qazanmışdıq.
Həftəsonu başlamamışdan əvvəl ailəmlə bir az tətil etdim. Tokyoda bir az vaxt keçirmək həmişə gözəl olub.
Keçən həftə Melburnda pis yarış keçirdik. Belə hallar baş verə bilər. Ardıcıl 9 yarış qazandıq və indi də ən yaxşı formada qayıtmaq istəyirik.
Suzukada çoxsaylı sürətli döngə və yüksək dərəcədə təkər yeyilməsi var. Yağışı da hesablayaraq, doğru sazlanmaları tapmalıyıq. Maşınıma qayıtmağı və qələbə uğrunda mübarizə aparmağı səbirsizliklə gözləyirəm”.
Red Bull komandasının digər sürücüsü Serxio Peres də yarış barədə müsbət düşünür: “Bu həftəsonu hava şəraiti böyük fərq yarada bilər. Burada yağış çox yağır. Buna görə də sazlanmaları təkmilləşdirmək üçün məşqlərdən istifadə etməliyik.
Avstraliya yarışı komanda üçün yaxşı keçmədi. Cəza almağım və maşının zədələnməsi məyusedici idi. Ancaq keçmişdə də belə problemlərlə mübarizə aparmışıq. Bu həftəsonu podiuma qayıtmaq istəyirəm”.
Şərh əlavə et