Xəbəri Kokpitdə Oxuyun!

Rəsmən: David Sançez McLaren-dən ayrılıb

McLaren texniki Direktoru David Sançez ilə yollarını ayırıb.

Kokpit.az xatırladır ki, David keçən il Ferrari-dən ayrılmış və yanvar ayında McLaren komandasına qoşulmuşdu. McLaren heyətini gücləndirmək üçün heyətinə çox dayda mühəndis qatmışdı və Sançes də onlardan biri idi. Lakin sonradan onun komanda ilə uyğunlaşa bilmədiyi ortaya çıxdı.

Komandanın rəhbəri Andrea Stella bildirib ki, komandanın performans şöbəsinə yeni mühəndis axtarırlar və bu müddət ərzində Sançezin vəzifəsini müvəqqəti olaraq özü icra edəcək.

Andrea Stella gördüyü işlərə görə Sançesə təşəkkür edib və bildirib ki, başlanğıcda ortaya qoyulan plan reallaşmayıb: “David Sançez və komandanın rəhbərliyi arasında aparılan danışıqlardan sonra Davidin ayrılması üçün ortaq qərara gəldik. Bir yerdə apardığımız dəyərləndirmələrdən sonra gördük ki, Davidin vəzifəsi ilə bağlı rol, məsuliyyət və hədəflər gözləntilərimizi qarşılamır.

Bu problemləri gördükdən sonra qərara gəldik ki, mükəmməl bacarıqlarını düzgün istifadə etməsi üçün digər fürsətləri dəyərləndirsin. Davidin bizimlə keçirdiyi qısa müddətdə bizə qazandırdıqları üçün təşəkkür edir və ona uğurlar diləyirik”.

Sançesin ayrılması komandada dəyişikliklərə səbəb olub. Red Bull-un sabiq mühəndisi Rob Marşal indi baş konstruktordur. Neyl Holdli isə baş mühəndis olub və Marşalın vəzifəsini götürüb. Piter Prodromu isə baş aerodinamikaçı vəzifəsində işləyəcək.

David Sançez karyerasına Renault-da başlamış, 2007-ci ildə McLaren-ə aerodinamikaçı kimi keçmiş və Lyuis Həmiltonun çempionluğunda komandanın bir parçası olmuşdu.

Fransalı mühəndis 2012-ci ildə Ferrari-yə keçmiş və 2023-cü ilə qədər burada işləmişdi. O, keçən il McLaren-lə anlaşmışdı.

David Sançez: “Bu komandanın bir parçası olduğum üçün minnətdaram. Buraya uyğunlaşa bilməsəm də, həmkarlarımın işə olan sevgisinə hörmət edərək buradan ayrılıram. Bu komandaya uğurlar arzu edirəm. Formula 1-dəki növbəti işimi səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et