Xəbəri Kokpitdə Oxuyun!

Kimi Antonelli Mercedes sürəcək

Mercedes komandasının gənc istedadı Kimi Antonelli aprelin 16-da Mercedes-in 2021-ci il maşını ilə test sürüşü edəcək.

Kokpit.az bildirir ki, test yürüşü Red Bull Rinq trasında baş tutacaq və Kimi ilk dəfə Formula 1 maşınının sükanı arxasına keçəcək. Test iki gün davam edəcək.

Ümumulildə italyan sürücünü gərgin test proqramı gözləyir. Hazırda Formula 2-də çıxış edən sürücü Avropanın müxtəlif traslarında Formula 1 maşını ilə birdən çox test edəcək. Bu isə onu göstərir ki, Mercedes komandası 17 yaşlı sürücünü mümkün qədər tez Formula 1-ə gətirmək istəyir.

Qeyd edək ki, Kimi Antonelli təkoturacaqlı maşınlardakı ilk yarışına 2021-ci ildə Red Bull Rinqdə çıxıb və bu trası gözəl tanıyır. Hələ mövzu barədə rəsmi açıqlama olmasa da, bunun tezliklə olacağı gözlənilir.

Xatırladaq ki, Kimi bu il Formula 2-də yarışmağa başlayıb və onun hələ də qələbə ya da podiumu yoxdur.

Rauf Hacıyev

Şərh əlavə et