Kokpit.az bildirir ki, Melburnda baş tutan son yarışda Ferrari-nin dubl etməsinə baxmayaraq, həmin yarışla erkən vidalaşan Maks Ferstappen Suzukada əsas favorit hesab edilir. Hətta onun şansları ən yaxın izləyicisindən 8 dəfə artıq qiymətləndirilir. Serxio Peres bu siyahıda ikincidir. Maraqlısı odur ki, son yarışın qalibi Karlos Saynsın şansları komanda yoldaşı ilə eyni qiymətləndirilib.
Maks Ferstappen – 1.20
Serxio Peres – 10.00
Şarl Lekler, Karlos Sayns – 12.00
Lando Norris– 20.00
Oskar Piastri, Lyuis Həmilton, Corc Rassell – 30.00
Son yarışdan sonra fərdi çempionatda Maks Ferstappenin Şarl Lekler üzərindəki üstünlüyü 4 xala qədər azalıb, lakin bu, bukmeker kontorlarının mövsümün sonunda Ferstappenin çempionluq titulunu qoruyacağına inamını sarsıtmayıb. İdarənin əməkdaşları Serxio Peresi onun əsas rəqibi hesab edirlər.
Maks Ferstappen – 1.09
Serxio Peres – 12.00
Şarl Lekler, Karlos Sayns – 16.00
Lando Norris – 28.00
Lyuis Həmilton – 32.00
Mühəndislər Kuboku üçün olan mərclərdə isə Red Bull inamla liderliyini davam etdirir.
Red Bull – 1.05
Ferrari – 9.00
Mercedes, McLaren – 21.00
Aston Martin – 150.00
Alpine, RB, Sauber, Williams, Haas – 750.00
Şərh əlavə et