Xəbəri Kokpitdə Oxuyun!

Alpine Suzukaya yeniliklərlə gəlir

Mövsümə bərbad başlayan Alpine komandadı A524-ü təkmilləşdirməyə başlayır. Fransızların ilk yeniliyi Fransaya gətirməsi gözlənilir.

Kokpit.az xatırladır ki, Renault 2016-cı ildə idmana qayıtdıqdan sonra bu il mövsümə ən pis startı verib. Əslində bu problemlər gözlənilən idi, çünki dekabr ayında simulyatorda maşının zəif olduğu aşkarlanmışdı. Lakin heç kim gözləmirdi ki, fransızlar turnir cədvəlində son sıralarda olsun. Buna görə də Alpine komandası növbəti Yaponiya yarışını səbirsizliklə gözləyir. Çünki komanda builki ilk yeniliklərini əfsanəvi Suzuka trasına gətirəcək. Komanda Avstraliyada irəliyə doğru addımlar atsa da, maşının performansı hələ də yetərli deyil. Buna görə də maşını tez bir zamanda düzəltmək üçün bazada çox gərgin iş gedir.

A524 əvvəlki maşınlar kimi həm gücünə, həm də aerodinamikasına görə rəqiblərindən geridə qalır. Maşının arxa tərəfində asfaltayatça qüvvəsi azdır və bu hal sürətlənmədə və təkərə nəzarətdə komandanı geriyə salır. Belə olan halda problemlər də böyüyür. Alpine mexaniki cəhətdən asılqanlar üzərində dəyişikliklər etsə də, bunlar problemlərin həlli üçün yetərli olmayıb.

Komandaya ən çoz baş ağrısı verən hal isə maşının çox ağır olmasıdır. Maşının çəkisi minimum çəkirən çoxdur və buna görə də komanda rəqiblərinə nisbətdə geridə qalır.

Hazırda maşının təkmilləşməsi üç nəfər tərəfindən – texniki direktor Co Börnell, baş aerodinamikaçı Devid Viter, maşın performansı üzrə texniki direktor Şiron Pilbim – aparılır. Bu mühəndislərin rəhbərliyində Alpine ilk yeniliklərini Suzukaya gətirməyi planlaşdırır. Ancaq gündoğar ölkəyə əksər komandalar yeniliklər gətirəcək və Alpine bunun hesabına inkişafı görmək istəyir.

Rauf Hacıyev

Şərh əlavə et