Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Adidas-la anlaşıb?

Mercedes komandası hazırda geyim tərəfdaşı olan Puma və Tommy Hilfiger-in əvəzinə Adidas-la müqavilə bağlamağa hazırlanır.

Kokpit.az Britaniya mətbuatına istinadən bildirir ki, Mercedes gələn il geyim təminatı üçün Adidas ilə anlaşıb. Belə görünür ki, “gümüşü oxlar” bu müqaviləyə görə milyonlarla dollar pul qazanacaq.

Mercedes-in hazırkı hədəfi növbəti mövsüm Ferrari-yə gedəcək Lyuis Həmiltonun yerinə adlı-sanlı və güclü sürücü tapmaqdır. Amma Adidas-la bağlanan müqavilə göstərir ki, yeddiqat Dünya Çempionu olmasa belə Mercedes sponsorlar üçün cəzbedici komandadır.

Mercedes hazırda Puma və Tommy Hilfiger-dən illik 6 milyon sterlinq alır. Adidasla müqaviləyə görə isə bundan çox pul qazancaqlar. Bu isə o deməkdir ki, “gümüşü oxlar” bu müqaviləyə görə 10 milyonlarla sterlinqi büdcəsinə əlavə edəcək.

Adidas isə bu yaxınlarda 70 illik tərəfdaşı olan Almaniya yığma komandasını itirib və Mercedes-lə olan bu müqavilə onlara hava və su qədər önəmli olacaq. Hazırda tərəflər bu barədə rəsmi açıqlama verməyiblər.

Rauf Hacıyev

Şərh əlavə et