Kokpit.az bildirir ki, yeganə nüsxədə buraxılan bu sənət əsəri Dubaydakı Mansory salonu üçün nəzərdə tutulub və 2010-cu ildə analoji şəkildə yaradılan Bugatti Veyron-un şərəfinə Linea d’Oro adlandırılıb.
Mansory Linea d’Oro korpusunda Bugatti-də olduğu kimi, təmiz qızıl əlavələrdən istifadə edilib. Bundan əlavə, təkərlər, radiator barmaqlığı və qapı tutacaqları, eləcə də çoxsaylı interyer elementləri qızıl ilə bəzədilib.
Rolls-Royce Cullinan yenidən işlənmiş və aerodinamik cəhətdən daha səmərəli kuzov, karbon kapot, yan ətəklər və arxa qapıda spoyler əldə edib. Bundan əlavə, mühərrikin gücü standart 570 at gücündən 610-a qədər artırılıb. Avtomobilin maksimal sürəti 280 km/saatdır.
Qızılla işlənmiş kuzovlar getdikcə dəb halını alır. Bu yaxında Touring Superleggera studiyası qızılla bəzədilmiş Ferrari-ni nümayiş etdirib. Keçən ilin sonlarında isə Koeniggsegg firması qızıl əlavəli Jesko Odin hazırlayıb.
Şərh əlavə et